Norveçdə koronavirusa ilk yoluxma faktı qeydə alınıb
Stokholm, 27 fevral, AZƏRTAC
Norveçdə koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, bir az öncə Çinə səfər etmiş, təhlükəli virusa orada yoluxduğu təxmin edilən şəxs Krallığın Trömsö şəhərində yaşayır.
Hazırda Norveçin səlahiyyətli orqanları virus daşıyıcısının (COVID-19) ünsiyyətdə olduğu insanları müəyyən edir. Lakin Norveç Xalq Sağlamlığı İnstitutu, onun infeksiya riski yaratması şansının aşağı olduğunu bildirib.
Adı açıqlanmayan şəxsdə virusun olması, onun keçən həftənin sonu Çindən qayıtdıqdan sonra aşkar edilib. İndi o, daimi nəzarət şəraitində evində karantində saxlanılır.
Qeyd edək ki, bu, Norveç ərazisində COVID-19-a ilk yoluxma halıdır.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]