Norveçdə Milad bayramı dövründə psixoloji yardım üçün müraciət edənlərin sayı artıb
Stokholm, 29 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC
Dekabr ayında Norveçin “Mental Helse” təşkilatı psixoloji dəstək almaq üçün qaynar xəttə və onlayn çata edilən müraciətlərdə əhəmiyyətli artım qeydə alıb.
AZƏRTAC xəbər verir ki, ayın əvvəlindən indiyədək təxminən 24 min müraciət daxil olub ki, bu da ötən ilin dekabr ayı ilə müqayisədə 3 faiz artım deməkdir. Təkcə Milad ərəfəsində “Mental Helse” 739, bütün Milad həftəsi ərzində isə təxminən 6 min müraciət olunub.
Müraciətlərin əsas səbəbləri tənhalıq, itki hissi, ailə və tərəfdaş münaqişələri, eləcə də bayramların gözlənilməsi, maliyyə çətinlikləri və spirtli içkilərin qəbul edilməsi ilə bağlı olub.
“Mental Helse”ə görə, Milad dövründə emosional gərginlik artır, bu da mövcud problemləri daha da ağırlaşdırır.
Ümumilikdə, müraciətlərin sayı il ərzində 6 faizdən çox artaraq 315 mini keçib. Təşkilat Yeni il bayramından sonra da psixoloji dəstək xidmətlərinə yüksək tələbatın olacağını gözləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]