Norveçdə son 30 ilin ən şiddətli fırtınası baş verib
Bakı, 1 fevral, AZƏRTAC
Norveçdə son 30 ilin ən şiddətli fırtınası baş verib, ölkədə elektrik enerjisinə məhdudiyyətlər tətbiq edilib.
AZƏRTAC “National Post”a istinadən xəbər verir ki, Norveç Meteorologiya İnstitutu şiddətli fırtına ilə əlaqədar Arktika bölgəsi üçün “qırmızı” xəbərdarlıq elan edib.
Norveç polisi açıqlamasında ölkənin ikinci ən sıx şəhəri olan Bergenin şimalında bir avtobusun fırtına səbəbi ilə yoldan çıxdığını qeyd edib.
Bundan əlavə, fırtına səbəbindən bir neçə aeroportun fəaliyyətini müvəqqəti dayandırdığı və bəzi bölgələrdə elektrik enerjisinin kəsildiyi bildirilib.
Yerli mətbuatda bəzi bölgələrdə sürəti saatda 180 kilometrə çatan küləyin son 30 ildə ölkədə müşahidə olunan ən güclü fırtına olduğu yazılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]