Növbəti "TEKNOFEST" Türkiyənin Samsun şəhərində keçiriləcək
Bakı, 29 may, AZƏRTAC
Növbəti "TEKNOFEST" avqust ayında Türkiyənin Samsun şəhərində keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 29-da "TEKNOFEST Azərbaycan" festivalının bağlanış mərasimində "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.
O, "TEKNOFEST Azərbaycan"da fəaliyyət göstərən hər kəsə təşəkkürünü bildirib.