“Novruz bayramının tarixi kökləri, adət-ənənələri və müasir məişətdə yeri” mövzusunda seminar keçirilmişdir
Bakı, 19 mart (AZƏRTAC). Martın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direksiyasında “Novruz bayramının tarixi kökləri, adət-ənənələri və müasir məişətdə yeri” mövzusunda seminar keçirilmişdir
Fonddan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə akademik institutların nümayəndələrinin “Müasir məişətdə Novruz”, “Novruzun tarixi kökləri”, “Novruz və təqvim”, “Erkən əkinçi tayfaların ideoloji baxışları” mövzularında məruzələri dinlənilmişdir.
Seminarda Azərbaycan xalqının etnik identikliyinin başlıca komponenti olan Novruz bayramının tarixi kökləri, adətləri və qloballaşma şəraitində müasir məişətdə yeri müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]