NOYABR AYINDA ELEKTRİK ENERJİSİ İSTEHSALI ARTMIŞDIR
Azərenerji” SC-nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, noyabr ayında ölkənin milli energetika idarəsində 2 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bu da oktyabr ayındakına nisbətən 237 milyon kilovat-saat çoxdur. Bu, soyuqların düşməsi nəticəsində istehlakçıların elektrik enerjisinə tələbatının artması ilə əlaqədardır.
Göstərilən həcmin 1 milyard kilovat-saatdan çoxu istilik elektrik stansiyalarının, 156 milyon kilovat-saatı isə su elektrik stansiyalarının payına düşür.
Bununla yanaşı, noyabr ayı ərzində - Rusiya, İran və Türkiyə ilə planlı elektrik enerjisi mübadiləsi davam etdirilmiş, ümumən, 200 milyon kilovat-saata yaxın elektrik enerjisi idxal olunmuşdur.
Ötən on bir ayda energetiklər təxminən 20 milyard kilovat-saat elektrik enerjisi istehsal etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]