Nursultan Nazarbayev koronavirusa yoluxub
Bakı, 18 iyun, AZƏRTAC
Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev koronavirusa yoluxub.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə sabiq Prezidentin mətbuat katibi Aydos Ukibay bildirib. “Təəssüf ki, Elbaşının (Millətin lideri) koronavirus testi müsbət nəticələnib”, - deyə Aydos Ukibay özünün “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, hazırda Nursultan Nazarbayev özünütəcrid rejiminə keçib və narahatçılıq üçün heç bir əsas yoxdur.
Bir müddət öncə ölkənin Səhiyyə naziri Eljan Birtanovun da koronavirusa yoluxduğu məlum olub. Həmçinin Baş Nazir Askar Mamin, Kənd Təsərrüfatı naziri Saparxan Omarov, Ekologiya, Geologiya və Təbii Sərvətlər naziri Maqzum Mirzaqaliyev, Elm və Təhsil naziri Ashat Aymaqambetov və Məclis spikeri Nurlan Niqmatulin də özünütəcrid rejiminə keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:57]
“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]
Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]