Nyu-York ştatında güclü qar yağması fövqəladə vəziyyət yaradıb
Bakı, 5 yanvar, AZƏRTAC
Nyu-York ştatının qubernatoru Endryu Kuomo güclü qar yağması və soyuq hava səbəbindən fövqəladə vəziyyət rejiminin tətbiq edildiyin bildirib. O, “Twitter” səhifəsində qeyd edib ki, fövqəladə vəziyyət Nyu-York şəhərində, Uestçester dairəsində və Lonq-Aylend adasında tətbiq olunur.
AZƏRTAC TASS İnformasiya Agentliyinə istinadla xəbər verir ki, Nyu-York şəhərinin meri Bill de Blazio bütün məktəblərin bağlanmasına göstəriş verib, şəhər sakinlərinə evdə qalmağı tövsiyə edib. Con Kennedi adına Nyu-York Beynəlxalq Aeroportu əlverişsiz hava şəraitinə görə təyyarə qəbulunu və uçuşunu dayandırıb.
Sinoptiklər Nyu-Yorkda temperaturun mənfi 12 dərəcəyə düşəcəyini, güclü və soyuq külək əsəcəyini bildirirlər. Küçələrə 1,5 min vahiddən çox qartəmizləyən texnika çıxarılıb.
CNN telekanalının məlumatına görə, son həftə ABŞ-da soyuq hava şəraiti və güclü qar yağması səbəbindən azı 16 nəfər ölüb. Regionda 3 mindən çox aviareys təxirə salınıb. Ölkənin Atlantik sahilində təxminən 50 min nəfər işıqsız qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]
Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub
- 08.10.2026 [11:38]
Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir
- 08.10.2026 [11:36]