Ödəniş statistikası hesabatlılığının təkmilləşdirilməsi istiqamətləri müzakirə edilib
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı tərəfindən “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ının tələbləri çərçivəsində bankların təqdim etdiyi ödəniş statistikası hesabatlılığının təkmilləşdirilməsi məqsədilə yeni hesabatlılıq formalarının layihəsi hazırlanıb.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, layihəyə bankların rəqəmsal ödənişlər və digər aidiyyəti sahələrdə çalışan əməkdaşları tərəfindən baxılıb, müvafiq qaydada rəy və təkliflər irəli sürülüb. Bununla yanaşı, ABA-nın nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq” ekspert qrupunun daxilində yaradılmış kiçik işçi qrupu tərəfindən layihəyə baxılıb, layihə, irəli sürülən rəy və təkliflərin Mərkəzi Bankın nümayəndələri ilə müzakirəsi aparılıb. Yeni təqdim edilən hesabatlılıq formaları ödəniş ekosistemi haqqında daha dəqiq və təfərrüatlı məlumatların əldə olunmasına imkan verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]
Banklar yeddi ayda 655.3 milyon manat xalis mənfəət əldə ediblər
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]