İQTİSADİYYAT
OECD ölkələrinin neft ehtiyatları azalıb
![OECD ölkələrinin neft ehtiyatları azalıb](/files/2021/1/1200x630/16183215923263342762_1200x630.jpg)
Bakı, 13 aprel, AZƏRTAC
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə kommersiya neft ehtiyatları fevral ayında 44,9 milyon barrel azalaraq 2 milyard 978 milyon barrelə düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir.
Bildirilir ki, ehtiyatlar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 94,1 milyon barrel artıb və son 5 ilin orta göstəricisindən 29 milyon barrel çox olub.
Fevralda OECD-nin neft ehtiyatlarının tələbatı ödəyə biləcəyi günlərin sayı 68 olub, bu da 5 illik orta göstəricidən 2,6 gün çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]