Oğuzda Gənclər üçün Resurs və Təlim Mərkəzi açılmışdır
Oğuz, 18 may (AZƏRTAC). “İnkişafa Doğru” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Oğuzda “Gənclər üçün Resurs və Təlim Mərkəzinin yaradılması” layihəni icra etmişdir.
Birlikdən AZƏRTAC-a bildirmişlər ki, bu günlərdə təlim mərkəzi açılmışdır.
Bu münasibətlə keçirilən tədbirdə qurumun sədri Cavidan Həsənov demişdir ki, mərkəzin yaradılması ilə yanaşı rayon mərkəzində və ətraf kəndlərdə yaşayan 20 nəfər ali təhsilli, işsiz gənclər üçün biznes bacarıqlarının öyrədilməsi və kiçik sahibkarlığın inkişafı ilə bağlı 5 günlük təlimlər keçirilməsi də nəzərdə tutulmuşdur.
Çıxış edən gənclər mərkəzin əhəmiyyətini vurğulamış, layihənin icraçılarına minnətdarlıqlarını bildirmişlər.
Qarşılıqlı müzakirələr və fikir mübadiləsindən conra gənclər həftədə ən azı 2-3 dəfə Mərkəzdə tədbirlər keçirməyi qərara almışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]