OĞUZDA ULU ÖNDƏRİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ ŞAHMAT TURNİRİ KEÇİRİLİR
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi Oğuz rayonunda da silsilə tədbirlərlə geniş qeyd olunur.
Rayon uşaq-gənclər şahmat məktəbində ümummilli liderimizin xatirəsinə həsr olunmuş şahmat turnirinə start verilmişdir. İcra hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşəbbüsü ilə keçirilən bu turnirdə bütün yaş qruplarından olan şahmatçılar mübarizə aparırlar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, turnirin açılış mərasimində çıxış edən icra hakimiyyətinin başçısı Aydın Əlihüseynov ulu öndərimizin dövlətçiliyimizin qorunub saxlanması və müstəqil Azərbaycanın daha da çiçəklənməsi naminə gördüyü titanik işlərdən söhbət açmış, turnirin gənc nəslin Heydər Əliyevin ideyalarına sədaqət ruhunda tərbiyə olunması, onlarda Vətənə, xalqa, dövlətə və dövlətçilik ideyalarına məhəbbət hisslərinin aşılanması məqsədi daşıdığını bildirmişdir. Ölkəmizdə gedən sosial-iqtisadi proseslərə toxunan icra hakimiyyətinin başçısı son illər yeni olimpiya-idman komplekslərinin istifadəyə verilməsini, bədən tərbiyəsi və idmanın kütləviliyinin artmasını Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu bildirmişdir.
Sonra yarışlara start verilmişdir. Turnir aprelin 30-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur
- 09.10.2026 [10:25]