Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oleq Kuznetsov: Dağlıq Qarabağdakı silahlı qüvvələr xarici muzdlulardan ibarət qanunsuz silahlı dəstədir

Oleq Kuznetsov: Dağlıq Qarabağdakı silahlı qüvvələr xarici muzdlulardan ibarət qanunsuz silahlı dəstədir

Moskva, 20 noyabr, AZƏRTAC 

Tarix elmləri namizədi, Cənubi Qafqazın tarixinə və müasir həyatına dair çoxsaylı yazıların müəllifi, Qafqaz Strateji Tədqiqatlar İnstitutunun “Kavkaz & Qlobalizasiya” adlı beynəlxalq sosial-iqtisadi və siyasi tədqiqatlar jurnalının redaksiya heyətinin üzvü Oleq Kuznetsov Rusiyanın “MİRAJ” İnformasiya Agentliyi üçün müsahibəsində bu yaxınlarda Ermənistanın “Mi-24” döyüş helikopterinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilməsi ilə əlaqədar Dağlıq Qarabağda qoşunların təmas xəttində baş vermiş münaqişə barədə fikirlərini bölüşüb. AZƏRTAC müsahibəni təqdim edir.

- Bəri başdan deyim ki, bu, hər mənada görünməmiş hadisədir. Bu hadisəyə eyni zamanda bir neçə müstəvidən yanaşmaq olar, amma bütün hallarda bu, çox qeyri-adi hadisədir. Özünüz düşünün: azərbaycanlılar Ermənistan hərbi hava qüvvələrinin həmin helikopterini Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində keçirilən hərbi təlimlərdə iştirak edərkən vurublar. Buna görə də ilk növbədə həmin təlimlərin kim tərəfindən və hansı məqsədlə keçirilməsi məsələsini aydınlaşdırmaq lazımdır. Hazırda Rusiyada yalnız rəsmi Yerevanın nöqteyi-nəzəri səsləndirilir və bu nöqteyi-nəzərə görə, noyabrın 10-dan başlayaraq Dağlıq Qarabağ ərazisində Ermənistan Silahlı Qüvvələrinin və hüquqi statusu və təşkili çoxlu suallar doğuran qondarma “Dağlıq Qarabağ respublikası” ordusunun birgə təlimləri keçirilirmiş.

Rəsmi məlumata görə, qondarma “Dağlıq Qarabağ respublikası” ordusunun şəxsi heyəti 18 min nəfərdir. Lakin 2012-ci ildə keçirilmiş son “prezident seçkiləri” zamanı səsvermədə 40 mindən az adam iştirak edib və bu faktı beynəlxalq müşahidəçilər, o cümlədən Rusiyadan olan müşahidəçilər də təsdiqləyiblər. Bu o deməkdir ki, “dqr”-də hər bir hərbi qulluqçuya cəmi bir yarım adam düşür. Buradan birmənalı şəkildə belə nəticə çıxarmaq olar ki, “dqr” silahlı qüvvələri sıralarında Ermənistandan və diasporun yerləşdiyi başqa ölkələrdən gəlmiş, əsasən erməni millətindən olan xarici hərbi muzdlular əksəriyyət təşkil edir. Ermənistanda bu muzdluları bildirən xüsusi hüquqi termin var: “yerkrapa” və ya “könüllü”, onların hüquqi statusunu müəyyənləşdirən qanun qəbul olunub, mayın 8-i qanunvericilik yolu ilə onların peşə bayramı günü elan edilib. Bu ölkədə Ermənistan Respublikasının əvvəllər “könüllü əsaslarla” Dağlıq Qarabağ ərazisində hərbi xidmətdə olmuş vətəndaşlarını öz sıralarında birləşdirən “Yerkrapa Könüllüləri İttifaqı” adlı ictimai-siyasi hərəkat da mövcuddur. Erməni politoloji dilindən rus hüquqi dilinə tərcümə etsək, Dağlıq Qarabağdakı silahlı qüvvələr əsasən Ermənistan silahlı qüvvələrinin strukturlarına inteqrasiya etmiş və Dağlıq Qarabağ torpaqlarında işğalçı korpusdan ibarət olan qanunsuz silahlı dəstədir. Hərbi təlimləri də məhz onlar keçiriblər. Bu təlimlər zamanı Azərbaycan hərbçiləri erməni helikopterini vurublar.

Belə manevrlərin keçirilməsi faktının özü onun Ermənistan tərəfindən siyasi provokasiya olduğunu göstərir. Bu provokasiya heç də, ilk baxışda göründüyü kimi, Azərbaycana qarşı deyil, Rusiyaya və bütövlükdə Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatına (KTMT) qarşı yönəlib. Ermənistan-Azərbaycan cəbhə xəttində hər gün atışmalar baş verir, hər iki tərəfdən snayperlər işləyir. Odur ki, atəşkəs xəttində, demək olar hər gün provokasiyalar qeydə alınır. Başa düşmək lazımdır ki, bu insidentlərdə erməni tərəfindən həlak olan yerkrapa-könüllülər rəsmən Ermənistanın hərbi qulluqçuları deyil, buna görə də rəsmi Bakı onlar barəsində Yerevana heç bir rəsmi tələb irəli sürə bilmir. Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin məhv edilməsi ilə bağlı insident isə tamam başqa məsələdir. İstəsəniz, bunu təkcə bilavasitə Ermənistana qarşı deyil, həm də bütövlükdə Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatına qarşı hərbi təcavüz aktı kimi interpretasiya etmək olar. Xoşbəxtlikdən, KTMT-nin flaqmanı olan Rusiya bu provokasiyaya uymadı və bu məsələ yalnız Ermənistan mətbuatında isteriya ilə başa çatdı.

- Lakin kütləvi informasiya vasitələrinin yaydığı məlumatlarda deyilirdi ki, bu helikopter “dağlıq qarabağ respublikası”na məxsusdur...

- Bu fikir böyük səfehlikdir, sadəlövh adamlar üçün nəzərdə tutulan təbliğat xarakterli şayiədir. Yaxşı məlumdur ki, qondarma “dağlıq qarabağ respublikası” de-yure beynəlxalq hüququn subyekti deyil. Onun mövcudluğu faktının qanuniliyini dünyanın başqa dövlətləri bir yana, hətta Ermənistan özü də tanımayıb (yeri gəlmişkən, noyabrın 14-də Ermənistan Milli Məclisində bu məsələ ilə bağlı keçirilmiş səsvermədə “dqr”-in tanınmasının lehinə bu ölkənin ali qanunvericilik orqanının 190 deputatından yalnız 8-i səs verib). Beynəlxalq hüquq normalarına görə, beynəlxalq səviyyədə tanınmayan heç bir dövlətin istər mülki, istərsə də hərbi aviasiyası ola bilməz, ən azı ona görə ki, belə dövlətin beynəlxalq səviyyədə tanınmış statusunun olmaması səbəbindən, o, obyektiv olaraq hava gəmilərinə livreyalar - fərqləndirici nişanlar vurmaq imkanından məhrumdur. Odur ki, helikopterin dünyada heç kimin tanımadığı “dqr”-ə məxsus olması fikri lap əvvəldən cəfəngiyatdır. Vurulan helikopterin Ermənistan HHQ-yə aid fərqləndirici nişanı olub. Deməli, o, Ermənistanın helikopteri olub. Vəssalam.

Bundan əlavə, “dağlıq qarabağ respublikası”nın hərbi strukturları BMT-nin bir neçə sənədində məhz “erməni separatçılarının silahlı birləşmələri” adlanır. Bu birləşmələrin təşkilati-ştat strukturu yaxşı məlumdur və “dqr-in hakimiyyət orqanları” bunu o qədər də gizlətmirlər. Həmin struktura dağ briqadası, tank alayı, habelə əlavə artilleriya və hava hücumundan müdafiə qüvvələri ilə birlikdə alay infrastrukturlu beş möhkəmləndirilmiş rayon daxil olduğunu öyrənmək üçün onların rəsmi saytına baxmaq kifayətdir. Lakin “dqr”in özünün hərbi aviasiyasının olması barədə bir kəlmə də danışılmır. Deməli, kimsə yalan danışır - ya Dağlıq Qarabağın bu faktı gizlədən işğalçı “hakimiyyət orqanları”, ya da Azərbaycan hərbçiləri tərəfindən vurulan helikopterin “dqr” HHQ-yə məxsus olduğunu iddia edən təbliğatçılar. Mənim fikrimcə, indiki halda mass-media yalan danışır.

Belə bəyanatlar hərb işindən uzaq olan, hərbi əməliyyatlarda iştirak təcrübəsi olmayan insanları çaşdıra bilər. Lakin on minlərlə həmvətənim kimi mənim də belə təcrübəm var, ona görə də belə fikirlərin cəfəngiyat olmasını mən daha aşkar görürəm. Erməni helikopteri “İqla” səyyar zenit-raket kompleksindən raketlə vurulan zaman cəbhə xətti boyunca, sağ bortu Azərbaycan mövqelərinə tərəf yönəlmiş halda hərəkətdə olub. Helikopter vurulanda, pilotlar maşını idarə etmək imkanını itirəndə o, yerə düşməzdən əvvəl vintin fırlanma ətaləti hesabına Azərbaycan istehkamları tərəfə əyilməyə başlayıb. Vurulmuş helikopter həmişə sağ tərəfə düşür. Əgər helikopter sol bortu Azərbaycan mövqelərinə tərəf yönəlmiş halda uçsaydı, vurulandan sonra o, erməni mövqelərinin içərisinə düşməli idi. Bütün bunlar hərb işinin əlifbasıdır, lakin nədənsə müharibədə bunu unudurlar. Nəticədə təbliğatçılar öz hərbçilərinin səriştəsizliyini birtəhər ört-basdır etmək üçün yalan deməyə məcbur olurlar. Buna oxşar nümunələri lap yaxın vaxtlarda Ukraynada çox görmüşük, indi isə Ermənistanda da bunu müşahidə edirik.

Lakin, necə deyərlər, olan olub, keçən keçib, helikopterin qırıntıları və pilotların cəsədlərinin qalıqları Azərbaycan tərəfin sərəncamındadır. Bu qalıqların tanınması üçün əlamətlər çoxdur. Helikopterin mühərrikinin nömrəsi, bortdakı avtomatik yazı qurğuları (“qara qutular”), hər bir silah vahidinin nömrəsi, pilotların şəxsi sənədləri, şəxsi nömrə jetonları, heyət komandirinin uçuş tapşırığı, heyət üzvlərinin soyadları - bütün bunlar məlumdur. Azərbaycan hərbi əks-kəşfiyyat əməkdaşlarının müasir total informasiyalaşma şəraitində bütün bu kompleks informasiya sayəsində konkret hansı helikopterin vurulmasını, onun kimə məxsus olmasını və helikopterdə kimlərin uçmasını müəyyən etməsi heç də çətin deyildi. Buna görə, təəccüblü deyil ki, hadisənin ertəsi günü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumatda göstərilirdi ki, vurulmuş Mi-24 helikopteri Yerevan yaxınlığında, “Erebuni” aerodromunda dislokasiya edilmiş 15-ci helikopter eskadrilyasına (32822 nömrəli hərbi hissə) məxsus olub, onun heyəti isə mayor Sergey Saakyan, baş leytenant Sarkis Nazaryan və leytenant Azat Saakyandan ibarət idi. Əgər kimsə daha ətraflı - heyət üzvlərinin şəxsiyyət vəsiqələrinin nömrələri, şəxsi nömrələri, silah vahidlərinin nömrələri və sair əlavə məlumatlarla maraqlanırsa, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə müraciət etmək olar. Bu xidmətdə hər cür ətraflı informasiya var.

-Siz dediniz ki, Ermənistanın Mi-24 helikopterinin məhv edilməsi hərbi-siyasi provokasiyadır. Atəş açmaq barədə əmr hansı səviyyədə verilib?

-Sizin bu sualınızdan görünür ki, hərbi işdən çox uzaqsınız. Lakin bir halda ki, mənə bu sualı vermisiniz, deməli onun cavabı minlərlə başqa adam üçün də maraqlı ola bilər. İş burasındadır ki, lənətə gəlmiş helikopter ehtimala görə, “İqla” səyyar zenit-raket kompleksinin raketi ilə vurulub. Bu kompleks bölüyün ağır silahıdır, ona xidmət edən heyət isə bilavasitə bu bölüyün komandirinə tabedir. Bu o deməkdir ki, döyüş təlimatlarına uyğun olaraq raketin buraxılması barədə qərarı yalnız iki nəfər qəbul edə bilər - səyyar zenit-raket kompleksinin heyət komandiri və bölük komandiri. Döyüş şəraitində bunu onlardan başqa heç kəs edə bilməz. Yuxarı vəzifəli rəis yalnız ən ümumi xarakterli “düşmən aviasiyası aşkar edildikdə döyüş sahəsinin hava hücumundan müdafiəsi tədbirləri görülsün” tipli əmr verə bilər, lakin düşmənin helikopterini filan tarixdə, filan yerdə və filan vaxtda vurmaq barədə sərəncam verə bilməz. Bu cür qərarlar bir neçə saniyə ərzində qəbul edilir və obyektiv olaraq belə qərarların yuxarı rəislərlə razılaşdırılması üçün heç bir halda vaxt olmur, çünki helikopterin sürəti saatda bir neçə yüz kilometr, bölüyün müdafiə sahəsinin eni isə yarım kilometrdir. Helikopter bu məsafəni təxminən 20 saniyəyə uçur. Mənə məlum olan budur ki, Ermənistana məxsus Mi-24 helikopterinin məhv edilməsi haqqında qərarı səyyar zenit-raket kompleksinin heyət komandiri, kontrakt əsasında xidmət edən çavuş verib. Onun öz hərbi borcunu vicdanla yerinə yetirərək atəş açması mətbuatda informasiya isteriyasına səbəb olub.

Üstəlik, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu insident barədə yalnız bir neçə saatdan sonra xəbər tutub. Noyabrın 12-də o, Moskvada işgüzar səfərdə olub, MDB iştirakçısı olan ölkələrin müdafiə nazirlərinin müşavirəsində iştirak edib. Yeri gəlmişkən, həmin müşavirənin işində Ermənistanın müdafiə naziri, general-polkovnik Seyran Ohanyan da iştirak edirdi. Buna görə hər iki nazir Mi-24-ün məhv edilməsindən praktiki olaraq eyni vaxtda, Moskvada xəbər tutub. Yaranmış şəraitdə onlar eyni otaqda olduqlarına baxmayaraq, bir-birinə iradlarını üzbəüz, göz-gözə söyləyə bilməyiblər. Çünki insident barədə heç nə bilmirdilər, indi Ermənistanın müdafiə naziri öz imicini necəsə saxlamaq üçün kütləvi informasiya vasitələrində informasiya isteriyası sifariş etməyə məcburdur. Mən bunun başqa bir ağlabatan səbəbini görmürəm.

-Bu insidentin Rusiya üçün və Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatı üçün nəticələri necə olacaq?

-Sizin bu sualınıza tarixi illüziya ilə cavab verəcəyəm. 1871-ci ildə Fransa Prussiya ilə müharibədə uduzandan sonra Rusiya imperiyasının xarici işlər naziri və sonuncu kansleri Aleksandr Mixayloviç Qorçakovdan soruşurlar ki, Rusiyanın 1856-cı il Paris Sülh Müqaviləsinin şərtlərini yerinə yetirməkdən birtərəfli qaydada imtina etməsinə və 1853-1856-cı illərin Krım müharibəsi nəticəsində özünün Qara dənizdə məhv edilmiş hərbi dəniz donanmasını bərpa etməsinə Böyük Britaniya necə reaksiya verəcək. Qorçakov bu suala lakonik şəkildə cavab verir: “Tayms” qəzetində məqalə ilə.

İndiki halda da buna oxşar bir vəziyyət müşahidə edirik. Həlak olmuş erməni hərbi təyyarəçilərinin ailələrinə Rusiya Xarici İşlər Nazirliyi xətti ilə rəsmi başsağlığı verilməsindən başqa heç bir praktiki addım atılmayacaq. Bir qədər bundan əvvəl mən Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskva Sərhəd İnstitutunda dərs deyirdim. Orada çar Rusiyası dövründə sərhədçi zabitlər haqqında qədim bir lətifə eşitdim: Bir dəfə bir qaçaqmalçını tuturlar, növbətçi zabit onun istintaqsız və məhkəməsiz asılması barədə əmr verir. Onun xidmət yoldaşlarından biri komanda üzrə raport yazır və bu hadisə Əlahiddə Sərhəd Keşik Xidmətinin komandanlığına məlum olur. İnstansiya üzrə aşağıya belə bir dərkənar göndərilir: “Meyit basdırılsın, zabit qovulsun, iş unudulsun”.

Bu dəfə də belə olacaq.

Başa düşmək lazımdır ki, Ermənistan qoşunlarının hərbi manevrləri de-yure Azərbaycana məxsus, hazırda işğal altında olan Dağlıq Qarabağ ərazisində keçirilib. İşğal rejimi özlüyündə beynəlxalq hüquq normalarına ziddir, lakin dünyada buna hələ birtəhər dözürlər, işğal edilmiş torpaqlarda rəsmən hərbi təlimlər keçirilməsi isə bütün əndazəni aşmaqdır. Bugünkü şəraitdə bu ona oxşayır ki, Rusiya öz qoşunlarını Yeni Rusiyaya yeritsin və orada yerli könüllülərə ümumqoşun döyüşünün aparılması taktikasını öyrətsin. Dünyada necə hay-küy qalxacağını təsəvvür edirsinizmi? Bundan əlavə, bizim ölkə Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsini heç vaxt şübhə altına almayıb və son iyirmi il ərzində Dağlıq Qarabağ torpaqlarının dinc yolla Azərbaycanın yurisdiksiyasına qaytarılmasına tərəfdar olub. Yerevanda nə deyirlər, desinlər, Dağlıq Qarabağ Ermənistan deyil. Buna görə də Ermənistan silahlı qüvvələrinin və Dağlıq Qarabağın “erməni separatçılarının silahlı dəstələri”nin işğal etdikləri ərazilərdə Azərbaycan ordusunun atəşi nəticəsində hansı itkilərə məruz qalmasından asılı olmayaraq, Rusiya heç vaxt və heç bir şərtlə, həlak olanların ailələrinə XİN xətti ilə başsağlığı verməkdən uzağa getməyəcək. 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB