Ölkə üzrə taxıl sahələrinin 31 faizində biçin başa çatıb
Bakı, 18 iyun, AZƏRTAC
İyunun 18-nə olan operativ məlumata görə, ölkə üzrə taxıl sahələrinin 31 faizində biçin başa çatıb. Biçilmiş 314259,9 hektar sahədən 966466,1 ton taxıl yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 30,8 sent/ha, o cümlədən arpa üzrə orta məhsuldarlıq 30,2 sent/ha, buğda üzrə orta məhsuldarlıq 32,9 sent/ha təşkil edir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, artıq ölkə üzrə 369903,7 hektar arpa sahəsinin 241721,4 hektarında biçin başa çatıb. Sahələrdən bugünədək 730793,8 ton arpa yığılıb. Ağdam (36,4 sent/ha), Beyləqan (30,5 sent/ha), Bərdə (39,8 sent/ha), Biləsuvar (32,3 sent/ha), Füzuli (31,3 sent/ha), İmişli (38,4 sent/ha), Neftçala (27,8 sent/ha), Saatlı (36,4 sent/ha), Sabirabad (37,9 sent/ha), Yevlax (28,6 sent/ha) rayonlarında arpa biçini tam başa çatıb.
Operativ məlumata görə, bu gün biçin prosesində 1585 kombayn iştirak edir. Bunlardan 737-si "Aqrolizinq"in kombaynlarıdır, biçinə həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 848 kombayn cəlb olunub.
Qeyd edək ki, bu il Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkilib.
Biçin davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]