ÖLKƏDƏ NƏŞR OLUNAN VƏ KƏNARDAN GƏTİRİLƏN DİNİ KİTABLARA NƏZARƏT GÜCLƏNDİRİLİR
AZƏRTAC Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, 2005-ci ildə dinlərarası və məzhəblərarası nifaq məzmunlu 80 kitabın Azərbaycana gətirilməsinə qadağa qoyulmuşdur.
Komitə ötən il 350-dən artıq dini kitaba rəy vermişdir. Onların 275-i İslama, 40-ı xristianlığa, qalanları isə müxtəlif dini cərəyanlara aiddir.