ÖLKƏNİN ŞAHMAT MƏKTƏBLƏRİ ARASINDA RESPUBLİKA ÇEMPİONATI BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, «Təhsil» İdman Mərkəzində ölkənin şahmat məktəbləri arasında respublika çempionatının final yarışları keçirilir.
Turnirdə Bakı məktəblərinin idmançıları ilə yanaşı, Zərdab, Cəlilabad, Beyləqan, Göyçay, Dəvəçi, Şamaxı və Hacıqabuldan olan şahmatçılar mübarizə aparırlar.
Dörd turdan sonra qızların yarışında Zərdab rayonunun şahmatçıları liderlik edirlər. Sumqayıt və Biləsuvar komandaları isə 2-3-cü yerləri bölüşürlər.
Oğlanların mübarizəsində isə Respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq gənclər şahmat məktəbinin yetirmələri öndə gedirlər. Sumqayıt və Şəmkir şahmatçıları 2-3-cü yerləri bölüşürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]