OLONXODA YUNESKO İNCİLƏRİNİN FESTİVALI KEÇİRİLƏCƏK
AZƏRTAC xəbər verir ki, Azərbaycan Saxa Respublikası (Yakutiya) Mədəniyyət və Mənəvi İnkişaf Nazirliyinin keçirdiyi “YUNESKO incilərinin Olonxo torpağında görüşü” festivalında iştirak edəcəkdir.
“Asiya övladları” IV beynəlxalq idman oyunlarının mədəni proqramı çərçivəsində təşkil olunan tədbirdə muğam sənətini təqdim edəcək Azərbaycanla yanaşı, Monqolustan, Çin, Türkiyə, Yaponiya, Qırğızıstan və digər ölkələr iştirak edəcəklər. Festivalın açılış və bağlanış mərasimləri Yakutsk stadionunda, digər tədbirlər isə muzey komplekslərində, ən yaxşı teatr səhnələrində təşkil olunacaqdır.
Festivalın yekunlarına dair disk və şah əsərlər barədə qısa məlumatlardan ibarət nəfis buklet buraxılacaqdır. Bayramın təşkilatçıları əmindirlər ki, festival bəşəriyyətin şifahi və qeyri-maddi inciləri haqqında məlumatların yayılmasına, uşaq və gənclərin mədəni müxtəlifliklə tanış olmasına kömək edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:14]
Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib
- 12.06.2026 [16:29]
Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb
- 12.06.2026 [16:03]