OMBUDSMAN İFES-İN TƏMSİLÇİSİ İLƏ GÖRÜŞMÜŞDÜR
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, Elmira Süleymanova insan hüquqlarının təmin olunmasında bələdiyyələrlə əməkdaşlığa önəm verdiyini, bu yerli özünüidarəetmə qurumları ilə dialoqun zəruriliyini vurğulamışdır.
Bu il ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcəyini xatırladan ombudsman bələdiyyələrlə əməkdaşlıq çərçivəsində silsilə tədbirlər, o cümlədən Bakı və Sumqayıt şəhərləri bələdiyyələri üçün zona seminarı təşkil olunduğunu, Ədliyyə Nazirliyinin keçirdiyi seminarda insan hüquqlarının təmin olunmasında bələdiyyələrin rolunun müzakirə edildiyini bildirmişdir. O, ölkəmizdə demokratik tələblərə cavab verən yeni özünüidarəetmə sisteminin yaradılması istiqamətində mühüm işlər görüldüyünü, respublikamızın “Yerli özünüidarə haqqında Avropa Xartiyası”nı ratifikasiya etdiyini söyləmişdir.
Cənab K.Şildz təmsil etdiyi təşkilatın bütün dünyada seçkilərə dair informasiya və resursların mübadilə mərkəzi kimi fəaliyyət göstərdiyini, Azərbaycanda isə bu qurumun yeddi ildən bəri işlədiyini, İFES-in ombudsman təsisatı ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini vurğulamışdır. O, İFES-in Azərbaycanda növbəti bələdiyyə və parlamentinə seçkilərinə təşkilatın hər iki seçki yardımçı olacağını, bu istiqamətdə diskussiyaların keçiriləcəyini bildirmişdir.