Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Bakı şəhərində vətəndaşlarla görüşüb.
AZƏRTAC xəbər verir ki, ombudsman müraciət etmiş vətəndaşları fərdi qaydada qəbul edib, bəzi məsələlərin operativ həlli məqsədilə yerində zəruri tədbirlər görülüb. Araşdırma tələb edən digər məsələlərin nəzarətdə saxlanılacağı və mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması istiqamətində aidiyyəti dövlət qurumlarına müraciət ediləcəyi diqqətə çatdırılıb.
Görüş zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, habelə müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən “916” Çağrı mərkəzi, elektron poçt ünvanları, poçt, faks, eləcə də sosial media platformaları vasitəsilə də müraciətlərin qəbul olunduğu bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.02.2026 [18:15]
Bakıda daha bir narkokuryer saxlanılıb VİDEO
- 13.02.2026 [16:41]
Xəzərdə nadir növdən olan balıqları ovlayan brakonyer saxlanılıb
- 13.02.2026 [16:39]