OMBUDSMAN YETKİNLİK YAŞINA ÇATMAYAN MƏHKUMLARLA GÖRÜŞMÜŞDÜR
Ombudsman aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müvəkkil ölkəmizdə uşaq hüquqlarının qorunmasına və təbliğinə yönəlmiş mühüm tədbirlərin həyata keçirildiyini, bu sahədə ombudsman təsisatının da səmərəli fəaliyyət göstərdiyini söyləmişdir.
E.Süleymanova dövlət başçısının humanist siyasəti nəticəsində imzalanmış əfv fərmanları ilə bir çox məhkumun azadlığa buraxıldığını, ailələrinə və cəmiyyətə qovuşduğunu bildirmişdir.
Ombudsman azyaşlı məhkumlara Vətənimizə layiq, cəmiyyətə yararlı vətəndaşlar olmağa, təhsil almağı, peşələrə yiyələnməyi, cəza müddətini başa vurduqdan sonra faydalı əməklə məşğul olmağı tövsiyə etmişdir. O, bir neçə azyaşlı məhkumun müraciətini dinləmiş, onları narahat edən problemlərin həllində yardımçı olacağını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:24]
Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır
- 08.10.2026 [12:56]