Ombudsmanın illik məruzəsi qəbul olunub
Bakı, 24 aprel, AZƏRTAC
Milli Məclisin aprelin 24-də keçirilən plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsi dinlənilib.
AZƏRTAC xəbər verir ki, məruzəni Ombudsman Səbinə Əliyeva təqdim edib.
Müzakirələrdən sonra məruzə səsverməyə çıxarılaraq qəbul olunub.