ÖMƏR ŞƏRİF “SEZAR” MÜKAFATINA NAMİZƏDDİR
AZƏRTAC Misirin MENA agentliyinə istinadla xəbər verir ki, görkəmli Misir aktyoru Ömər Şərif 2003-cü ildə Fransanın ən yaxşı aktyoru kimi “Sezar” mükafatına namizəddir. O, həmin nominasiyaya “Cənab İbrahim və Quran çiçəkləri” filmindəki qoca ərəb roluna görə təqdim olunmuşdur. Həmişəcavan aktyor ən yaxşı rolunu rejissor Devid Linin 38 il bundan əvvəl kino aləminə səs salmış məşhur “Doktor Jivaqo” filmində oynamışdır.
Xatırladaq ki, dünya şöhrətli aktyor kinosevərlərə “Vadidə mübarizə”, “Gülməli qız”, “Yaşıl buz”,”Roma imperiyasının süqutu”, “Makkenanın qızılı”, “Sirli ada”, “Mayerlinq” filmlərindən tanışdır.