Ön xətdə yerləşən bölmələrdə silsilə tədbirlər təşkil edilib
Bakı, 25 iyun, AZƏRTAC
Gəncə Qarnizonunun İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən ön xətdə yerləşən bölmələrdə Silahlı Qüvvələr Gününə həsr olunmuş silsilə tədbirlər təşkil edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bayram tədbirlərində iştirak edən hərbi qulluqçulara Azərbaycan Ordusunun yaranma tarixi ilə bağlı ətraflı məlumat verilib, videoçarxlar nümayiş olunub, viktorina, məntiq, musiqi və idman yarışları keçirilib. Qaliblərə döş nişanları və müxtəlif hədiyyələr təqdim edilib.
Təşkil edilmiş tədbirlər çərçivəsində “Əsgər məktubu” layihəsi keçirilib.