Onlayn və çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində keçirilən müsabiqələrin nəticələri açıqlanıb
Bakı, 3 iyul, AZƏRTAC
Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.
Bu barədə AZƏRTAC-a Medianın İnkişafı Agentliyindən məlumat verilib.
Eyni zamanda, qurum tərəfindən çap mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin nəticələri məlum olub.