Opera və Balet Teatrı mövsümü “Leyli və Məcnun”la açacaq
Bakı, 5 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni teatr mövsümünü sentyabrın 19-da dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə açacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, sentyabrın sonrakı günləri teatrın səhnəsində maraqlı səhnə əsərləri tamaşaçıların ixtiyarına veriləcək. Belə ki, sentyabrın 22-də A.Pyatsollanın “Məhəbbət tanqosu” baleti, sentyabrın 23-də M. Maqomayevin “Şah İsmayıl” operası təqdim olunacaq.
Bundan başqa, sentyabrın 26-da Q.Qarayevin “Leyli və Məcnun”, “Don Kixot” baletləri, sentyabrın 30-da isə C.Puççininin “İl Tabarro” operası göstəriləcək.
Qeyd edək ki, sənət ocağı hər il mövsümü ənənəvi olaraq “Leyli və Məcnun” operası ilə açır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]