OPERA VƏ BALET TEATRININ YENİ MÖVSÜMDƏ YAXIN PLANLARI
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı növbəti mövsümünü sentyabrın 18-də Üzeyir Hacıbəyovun “Koroğlu” operası ilə açacaqdır.
Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva demişdir ki, sentyabr repertuarı ənənəvidir. Belə ki, sentyabrın 20-də Fikrət Əmirovun “1001 gecə” baleti, 24-də isə Moris Ravelin “Bolero” və Sergey Prokofyevin “Tamah” baletləri təqdim ediləcəkdir. Sentyabrın 26-da Müslüm Maqomayevin “Şah İsmayıl” operasının premyerası olacaqdır. Ayın repertuarını Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması yekunlaşdıracaqdır.
Oktyabrda rusiyalı balerina Tatyana Çernobrovkinanın P.Çaykovskinin “Sonalar gölü” baletində Odetta-Odilliya partiyasını, moskvalı həmvətənimiz, 2007-ci ildə Yunanıstanda keçirilmiş opera müğənnilərinin Mariya Kallas adına müsabiqəsinin Qran-pri mükafatçısı Dinara Əliyevanın isə oktyabrın 18-də Cüzeppe Verdinin “Traviata” operasında Violetta partiyasını ifa edəcəkləri gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:35]
Elçinin "Cəhənnəm sakinləri" əsəri yeni səhnə yozumunda nümayiş etdirilib
- 16.06.2026 [15:27]
CENL-nin növbəti illik iclası yekunlaşıb
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]