“OQTAY AĞAYEV” SƏNƏDLİ FİLMİ ÇƏKİLİR
Filmin quruluşçu rejissoru Mikayıl Əjdəroğlu AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, görkəmli sənətkarın 70 illik yubileyi münasibətilə çəkilən yeni ekran əsərinin ssenari müəllifi Rübabə Səməndər, operatoru Nəriman Şıxəliyevdir.
Filmdə xalq artisti Oqtay Ağayevin ömür yolundan, onun istedadlı, yorulmaz, fədakar estrada müğənnisi kimi musiqi mədəniyyətimizin inkişafındakı böyük xidmətlərindən, yaradıcılıq axtarışlarından, xalq arasında ona böyük rəğbət və məhəbbət qazandırmış ifaçılığından söhbət açılacaqdır. Eyni zamanda filmə onun sənət yoldaşlarının, görkəmli incəsənət xadimlərinin ürək sözləri və gözəl müğənninin ifasında lentə alınmış estrada mahnılarından parçalar da daxil ediləcəkdir.
“Oqtay Ağayev” sənədli filmi ilk dəfə aprel ayında dövlət televiziyası ilə göstəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:37]
Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram
- 29.09.2026 [19:09]
İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [21:10]