Orban və Putin Budapeştdə Rusiya–ABŞ sammitinin keçirilməsi imkanını müzakirə edib
Budapeşt, 17 oktyabr, AZƏRTAC
Macarıstan tərəfinin təşəbbüsü ilə Macarıstanın Baş naziri Viktor Orban ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı V.Orban Budapeştdə mümkün Rusiya–ABŞ sammitinin təşkili üçün zəruri şərait yaratmağa hazır olduğunu bildirib.
Öz növbəsində V.Putin macar Baş nazirini ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi telefon danışığının əsas məzmunu barədə məlumatlandırıb. Tərəflər Ukrayna böhranının sülh yolu ilə həlli perspektivlərinə xüsusi diqqət yetiriblər. Rusiya lideri qeyd edib ki, ABŞ nümayəndələri ilə ortaq addımların mümkün mexanizmini, o cümlədən Macarıstan paytaxtında ali səviyyəli görüşün təşkilinin müzakirəsi planlaşdırılır.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bu mövzulara bənzər məsələləri Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ilə telefon danışıqları zamanı müzakirə edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [23:50]
Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb
- 07.06.2026 [23:04]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]