Azərbaycan Dövlət İnformasiya Agentliyi

Orta Dəhliz Avrasiyada regional əməkdaşlığı təşviq edən əsas körpüyə çevrilir

Orta Dəhliz Avrasiyada regional əməkdaşlığı təşviq edən əsas körpüyə çevrilir

Bakı, 13 fevral, AZƏRTAC

Qloballaşmanın yeni dəyişikliklərlə üzləşdiyi, beynəlxalq təchizat zəncirlərinin sürətlə yenidən qurulduğu bir şəraitdə, Avrasiya qitəsini əhatə edən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) getdikcə Şərq və Qərb arasında ticari-iqtisadi əlaqələri birləşdirən, regional əməkdaşlığı təşviq edən əsas körpüyə çevrilir. Dəhlizin yüksəkkeyfiyyətli inkişafının təşviqi qlobal təchizat zəncirlərinin sabitliyinin qorunması və regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından mühüm amil kimi qiymətləndirilir.

Bu barədə Çinin Yanşan Universitetinin humanitar elmlər və hüquq məktəbinin (dövlət idarəetməsi məktəbi) doktorantı, Hıbey əyaləti Dövlət Siyasətinin Təhlili və Tədqiqi Beyin Mərkəzinin aparıcı eksperti Sadiq Qaçayevin “Orta Dəhliz Avrasiyada regional əməkdaşlığı təşviq edən əsas körpüyə çevrilir” sərlövhəli məqaləsində qeyd olunur.

Məxsusi olaraq AZƏRTAC üçün yazılan məqaləni təqdim edirik:

Tədqiqatlar göstərir ki, Orta Dəhlizin inkişafı müxtəlif formada və mərhələli şəkildə həyata keçirilməlidir. Həmin forma və mərhələləri aşağıdakı kimi müəyyən etmək olar:

İnstitusional uzlaşma: maneələrin aradan qaldırılması, yükdaşımaların sürətləndirilməsi

Dəhlizin inkişafında müxtəlif institutlar həlledici rol oynayır. Hazırda gömrük prosedurları, yoxlama standartları və məlumat mübadiləsi sahələrində dəhlizin əhatə etdiyi ölkələr arasında mövcud fərqlər var ki, bu da keçid səmərəliliyinə müəyyən maneələr törədir. Orta Dəhlizin keçdiyi ölkələr rəqəmsallaşma və intellektual texnologiyaları əsas vasitə kimi götürərək “vahid pəncərə” sistemlərinin qarşılıqlı əlaqəsini təşviq edə, gömrük bəyannaməsi və logistika məlumatlarının bir platforma üzərindən idarə olunmasını təmin edə bilərlər. Blokçeyn və süni intellekt (AI) kimi texnologiyalardan istifadə etməklə bütün proses üzrə vizual izləmə və risklərin erkən xəbərdarlıq sisteminin qurulması gömrükdən keçmə vaxtının azaldılmasına və yükdaşımaların dəqiq proqnozlaşdırılmasına töhfə verə bilər.

Çoxşaxəli maliyyələşmə: resursların səfərbər edilməsi, əsasların möhkəmləndirilməsi

Davamlı investisiya və maliyyələşmə mexanizmləri dəhlizin uzunmüddətli fəaliyyətinin əsas dayağı hesab olunur. Orta Dəhliz üçün çoxtərəfli inkişaf fondunun yaradılması və mövcud inkişafa dəstək institutlarının birgə əməkdaşlığı dəhlizin inkişafı üçün səmərəli istiqamət kimi qiymətləndirilir. Layihələrin dizayn edilməsi və risklərin birgə aradan qaldırılması prinsiplərinə diqqət yetirilməsi, eyni zamanda, mərhələli tikinti və nəticəyə əsaslanan maliyyələşmə modelləri, əsas infrastruktur və rəqəmsal modernizasiya sahələrinə uzunmüddətli investisiyaların cəlb edilməsinə imkan yaradır.

Koordinasiyalı idarəetmə: birgə təhlükəsizlik, davamlılığın artırılması

Dəhlizin təhlükəsizliyi fiziki infrastruktur, kibertəhlükəsizlik, maliyyə təhlükəsizliyi və ekoloji təhlükəsizlik daxil olmaqla bir neçə meyarı əhatə edir. Sərhədlərarası təhlükəsizlik üzrə koordinasiya mexanizmlərinin yaradılması, birgə quru, dəniz patrul və fövqəladə vəziyyət təlimlərinin təşkil edilməsi, eləcə də, əsas qovşaqlarda alternativ marşrutların və strateji ehtiyatların yerləşdirilməsi ümumi davamlılığın artırılması baxımından geniş qəbul olunmuş yanaşmadır.

Yaşıl inkişaf və qarşılıqlı fayda: davamlılıq və inklüzivliyə önəm

Dəhlizin yüksək keyfiyyətli inkişafı ətraf mühitin qorunması və sosial məsuliyyətlə uzlaşdırılmalıdır. Aşağı karbon texnologiyalarının, ağıllı enerji sistemlərinin və yaşıl liman standartlarının tətbiqi, ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurlarının ciddi icrası davamlı istismar üçün mühüm istiqamətlərdir. Eyni zamanda, hökumət və qeyri-hökumət təşkilatlarının, müvafiq qurumların təklif və tövsiyələri güclü institusional baza formalaşdıra və dəhlizin əhatə etdiyi regionlara fayda verməsini təmin edə, həm də iqtisadi, sosial və ekoloji harmoniyanı gücləndirə bilər.

Əməkdaşlıq modeli: mərhələli icra, praqmatik yanaşma

Orta Dəhlizin inkişafı uzunmüddətli və sistemli bir layihədir. Odur ki, mərhələli icra və davamlı qiymətləndirmə xüsusi əhəmiyyət daşıyır. Rəqəmsallaşma üzrə pilot layihələrdən və standartların uyğunlaşdırılmasından başlayaraq, inkişaf fondunun yaradılması, əsas qovşaqların modernləşdirilməsi və daimi idarəetmə-koordinasiya mexanizmlərinin qurulmasına qədər addım-addım və strateji şəkildə irəliləmək ən etibarlı yanaşma hesab olunur. Gömrükdən yüklərin keçmə müddəti, xərclərdəki dəyişikliklər və yaşıl-ekoloji göstəricilər üzrə məlumatların mütəmadi açıqlanması şəffaflıq əsasında təkmilləşməni və qiymətləndirmə vasitəsilə optimallaşdırmanı təşviq edən güclü dövriyyə mexanizmi yaradır.

Mümkün perspektivlər: Yüksəkkeyfiyyətli qarşılıqlı əlaqə

Davamlı institusional koordinasiya, maliyyə təminatı, texnoloji tətbiqlər və ölkələrarası əməkdaşlıq sayəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun - Orta Dəhlizin uğurlu inkişafı, yükdaşıma əməliyyatlarının səmərəliliyi və davamlılığı daha da artırıla bilər. Eyni zamanda, bu dəhliz tezliklə, Avrasiya qitəsində hərtərəfli qarşılıqlı əlaqənin əsas təkanverici qüvvəsinə çevriləcək ki, bu da öz növbəsində regional və qlobal ticarət əlaqələri və birgə inkişaf üçün etibarlı dayaq rolunu oynayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub