Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır
Ankara, 17 aprel, AZƏRTAC
Türk dünyasında ümumı dil orfoqrafiyası anlayışı formalaşmalıdır. Bu istiqamətdə iradə mövcuddur və həmin məqsədə nail olacağımıza inanıram.
AZƏRTAC xəbər verir ki, bu fikri Türk Dil Qurumunun sədri professor Osman Mert səsləndirib.
Türk Dövlətləri Təşkilatı nəzdində türk dili ilə bağlı əməkdaşlıq platformasının yaradılması istiqamətində iş aparıldığını qeyd edən Osman Mert Türk Dil Qurumunun da bu istiqamətdə çalışdığını və mövzunun son olaraq Azərbaycan və Qazaxıstan nümayəndələri ilə müzakirə edildiyini bildirib.
Hər dilin orfoqrafiya lüğətlərinin müəyyən illərdə dövrün tələblərinə uyğun yenidən nəşr edildiyinə diqqət çəkən professor Türk dilinin orfoqrafiya lüğətinin ümumilikdə yeddi dəfə yeniləndiyini xatırladıb. Son variant isə 2012-ci ildə hazırlanaraq işıq üzü görüb.
“Hesab edirəm ki, orfoqrafiya lüğətləri daha standart və sadə olmalıdır. Bununla bağlı fəaliyyət prosesinə media qurumları və digər müvafiq strukturlar də cəlb edilməlidir. Belə olarsa, lüğət daha geniş zəmində formalaşacaq. Biz bütün təcrübəmizi qardaş dövlətlərlə də bölüşməyə hazırıq”, - deyə Türk Dil Qurumunun sədri vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC -ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]