Ötən gün neftin qiymətində son 30 ildə ən kəskin ucuzlaşma qeydə alınıb

Bakı, 10 mart, AZƏRTAC
Martın 9-da dünya birjalarında neftin qiymətində son 30 ildə ən kəskin ucuzlaşma qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, neftin qiyməti gün ərzində 31 faiz ucuzlaşmaqla 1991-ci ildəki Körfəz müharibəsindən bəri ən aşağı səviyyəyə enib. Belə ki, “Brent” markalı xam neftin qiyməti 31,02 dollar/barrelə düşüb.
ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” neftin bir barrelinin qiymətinin 20 dollara enəcəyi barədə xəbərdarlıq edib.
Bu gün isə neftin qiymətində təxminən 7 faiz bahalaşma olub. Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 35,60 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 32,63 dollara alıcı axtarır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]