Ötən həftə 323 mina və 724 partlamamış hərbi sursat zərərsizləşdirilib VİDEO
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən martın 10-15-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.
ANAMA-dan AZƏRTAC -a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 129, tankəleyhinə 194 mina və 724 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həmçinin 1 234,5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [12:41]
“Bir uşağın sabahına işıq ol!” - XXII Ənənəvi Xeyriyyə Sərgisi
- 05.06.2026 [12:09]
Bəzi qanunlara təklif edilən dəyişikliklər müzakirə olunur
- 05.06.2026 [12:00]