Ötən il Ağcabədidə 110 hektar sahədə yeni meşə sahələri salınmışdır
Ağcabədi, 8 yanvar (AZƏRTAC). Ağcabədi rayonunda yeni meşə sahələri salınır.
Rayon meşə mühafizəsi və bərpası müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, 2011-ci ildə 110 hektarda yeni meşə sahələri salınmış, 140 hektarda bərpa işləri aparılmışdır. Kökləndirmək üçün 1,5 hektar sahədə müxtəlif cinslərdən 75 min ədəd qələm basdırılmış, 2 hektar sahədə sərv və tuya ağaclarından ibarət böyütmə sahəsi yaradılmışdır.
Bundan əlavə, il ərzində 3,06 hektarda tinglik səpilmiş, 2435,5 hektar meşə və meşə əkinləri suvarılmış, 2154 hektar meşə əkinlərində xidmət işləri aparılmışdır. Bu müddətdə 690 min 700 ədəd ağac tingi çıxarılaraq meşəliklərin salınmasında, eləcə də Tovuz, Ağdaş rayonlarında və Bakı ətrafında təşkil edilən ağacəkmə aksiyalarında istifadə olunmuşdur.
Cari ildə rayonda 110 hektarda yeni meşələrin salınması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]