Ötən il məişət zorakılığı ilə bağlı 109 vətəndaşa mühafizə orderi verilib
Bakı, 13 fevral, Səbinə Əlizadə, foto İlqar Cəfərov AZƏRTAC
2025-ci il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ümumilikdə 4713 vətəndaş müraciəti daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 13-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında Komitə sədri Bahar Muradova danışıb.
O bildirib ki, hesabat dövründə məişət zorakılığı ilə bağlı 514 müraciət qeydə alınıb. Müraciətlər arasında məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər (547), işlə təmin olunma (290), müxtəlif sosial müavinətlərin, yardımların və təqaüdlərin alınması (245), eləcə də müayinə və müalicə məsələləri (158) üstünlük təşkil edib.
Komitə sədri əlavə edib ki, məişət zorakılığı halları ilə bağlı görülən tədbirlər çərçivəsində 109 vətəndaşa mühafizə orderi verilib. Onun sözlərinə görə, bu istiqamətdə hüquqi mexanizmlərin təkmilləşdirilməsi və preventiv tədbirlərin gücləndirilməsi prioritet olaraq qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.02.2026 [17:40]
Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib
- 13.02.2026 [16:41]
Xəzərdə nadir növdən olan balıqları ovlayan brakonyer saxlanılıb
- 13.02.2026 [16:39]