Ötən il satınalma prosesinin şəffaflaşdırılması nəticəsində 742 milyon manat dövlət vəsaitinə qənaət edilib
Bakı, 11 iyul, AZƏRTAC
Keçən il satınalma prosesinin şəffaflaşdırılması və təkmilləşdirilməsi nəticəsində ölkəmiz 742 milyon manat dövlət vəsaitinə qənaət edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Bakıda keçirilən I Milli Rəqabət Forumunda deyib.
"Ümid edirəm ki, cari il satınalmalar prosesinin tamamilə rəqəmsallaşdırılması nəticəsində bu məbləğ daha da artacaq", - deyə M.Abbasbəyli qeyd edib.