Özbəkistan Çinə zəfəran tədarük edəcək
Bakı, 29 iyul, AZƏRTAC
Dünyanın ən böyük ölkələrindən biri olan Çin Özbəkistanın Cizak vilayətinin Baxmal rayonunda yetişdirilən zəfərana da öz qapılarını açır. AZƏRTAC bu barədə özbək mediasına istinadla xəbər verir.
Bir neçə illik dərin və analitik araşdırmalardan sonra Özbəkistan və Çinin idarələrarası komissiyası Baxmaldan zəfəranın ÇXR-ə tədarükünə icazə verib.
Nəşrlər qeyd edir ki, Özbəkistanda zəfəran istehsalının inkişafı ilə onun ixrac coğrafiyası genişlənir. Bu ilin əvvəlində ABŞ Qida və Dərman İdarəsi (FDA) də “BMB Holdinq”ə bu məhsulun Birləşmiş Ştatlara ixracına icazə verib.
Bundan əlavə, məhsul ABŞ Kənd Təsərrüfatı Departamentindən USDA “Organic” sertifikatını alıb və onun tərkibində azı 95 faiz təbii, orqanik inqrediyentlər var. Bu da şirkətə “BMB Za'faron” brendini Şimali Amerikaya tədarük etməyə imkan verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]