Özbəkistan və Qazaxıstan “Asiya şengeni” vizası analoqunun yaradılması işini başa çatdırır
Daşkənd, 22 may, АZƏRTAC
Özbəkistan və Qazaxıstan “Asiya şengeni” vizası analoqunun yaradılması işini başa çatdırır. Çoxgirişli “İpək yolu vizası” regionda turizmin inkişafı üçün böyük imkanlar açacaq.
AZƏRTAC xəbər verir ki, bu haqda jurnalistlərə Özbəkistan Baş nazirinin müavini, Dövlət Turizm Agentliyinin rəhbəri Aziz Abduxakimov məlumat verib.
O deyib ki, artıq Azərbaycan, Qırğızıstan, Tacikistan, Monqolustan, həmçinin regionun digər dövlətləri bu layihəyə maraq göstərir. “İpək yolu vizası” Avropadan gələn turistlərə sərbəst şəkildə bu ölkələrin hamısına gedə bilmək imkanı yaradacaq.
Bildirilib ki, texniki məsələlər demək olar ki, həll olunub. Layihənin portalı da fəaliyyət göstərəcək. Əcnəbilər 48 saat ərzində portala yerləşdirdikləri müraciətin cavabını ala biləcəklər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [11:56]
Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib
- 12.10.2026 [11:32]
Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasiya buraxılır
- 12.10.2026 [11:30]
Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib
- 12.10.2026 [11:28]
Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb
- 12.10.2026 [11:24]
Rusiya dünya bazarının dizelə olan tələbatını ödəyə biləcəkmi?
- 12.10.2026 [11:07]