Özbəkistanda COVID-19 koronavirusundan 621 nəfər sağalıb
Daşkənd, 25 aprel, АZƏRTAC
Bu günədək Özbəkistanda COVID-19 koronavirusundan 621 nəfər sağalıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutka ərzində COVID-19 koronavirusuna yoluxanların sayı 58 nəfər artaraq 1836-ya çatıb.
Bildirilir ki, indiyədək 621 nəfər sağalıb, 1207 yoluxan insan müxtəlif xəstəxanalarda müalicə edilir, 8 xəstə ölüb.
Məlumatda bildirilir ki, hazırda Özbəkistanda stasionar və ev şəraitində karantində təxminən 90 min adam var.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:33]
Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır
- 12.10.2026 [11:56]
Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib
- 12.10.2026 [11:32]
Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasiya buraxılır
- 12.10.2026 [11:30]
Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib
- 12.10.2026 [11:28]
Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb
- 12.10.2026 [11:24]