Özbəkistanda koronavirusa yoluxanların sayı artmaqda davam edir
Daşkənd, 18 iyun, АZƏRTAC
Son sutka ərzində Özbəkistanda daha 189 nəfər koronavirusa yoluxub.
AZƏRTAC Özbəkistanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 5697 nəfərə çatıb.
Xəstəxanalarda 1547 nəfər müalicə alır.
Bu gün Daşkəndin virusa daha çox yoluxan 71 məhəlləsində qırmızı rejim elan olunub, məhəllələrin giriş-çıxışlarına məhdudiyyət qoyulub.
Bundan başqa paytaxtın Yunusabad və Urikzor ərzaq bazarlarında, həmçinin Malika elektronika bazarında çalışanların bəzilərində koronavirus aşkar edildiyi üçün bu məkanlar 14 gün müddətinə bağlanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:57]
“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]
Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]