Özbəkistanın TÜRKPA-ya qoşulması türkdilli dövlətlərin əməkdaşlığına yeni təkan verəcək
Bakı, 26 iyun, AZƏRTAC
Özbəkistan Respublikası Oliy Majlisi Senatının sədri Tanzila Narbayeva Buxara şəhərində keçirilən "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında qlobal parlamentlərarası əməkdaşlıq" mövzusunda beynəlxalq forumda iştirak edən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşü zamanı ölkəsinin TÜRKPA-ya qoşulmağa hazır olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Senat sədri Özbəkistanın türkdilli ölkələrlə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, Assambleyaya qoşulmaq barədə qərar qəbul edildiyini diqqətə çatdırıb.
Öz növbəsində, TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov Özbəkistanın türk dünyası üçün, ümumilikdə, regionun inkişafında mühüm rol oynadığını, onun Assambleyaya qoşulmasının türkdilli ölkələr arasında əməkdaşlığın gələcək inkişafına yeni təkan verəcəyini bildirmişdir.
Həmçinin Baş katib Senat sədrini Bakıya TÜRKPA katibliyini ziyarət etməyə dəvət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]
Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub
- 15.10.2026 [10:55]
Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər
Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi
- 14.10.2026 [23:55]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:48]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [22:42]
Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə
- 14.10.2026 [22:04]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [22:02]
Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər
- 14.10.2026 [21:48]
Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?
- 14.10.2026 [21:38]
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO
- 14.10.2026 [21:38]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:21]