Özbəkistanın xarici dövlətlərə və beynəlxalq maliyyə institutlarına 18,5 milyard dollar borcu var
Daşkənd, 17 dekabr, АZƏRTAC
Özbəkistanın xarici dövlətlərə və beynəlxalq maliyyə institutlarına 18,5 milyard dollar borcu var.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistanın Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, bu vəsait ölkədə müxtəlif investisiya layihələrinə xərclənib.
Özbəkistanın Asiya İnkişaf Bankına 4,5 milyard dollar, Dünya Bankına 3,1 milyard dollar, “Eximbank”a 2,2 milyard dollar (Çin Xalq Respublikası), Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinə 1,9 milyard dollar, Çinin Dövlət Bankına 1,8 milyard dollar, beynəlxalq investorlara isə ümumilikdə 1 milyard dollar, İslam İnkişaf Bankına 900 milyon, digər beynəlxalq maliyyə institutlarına 2,8 milyard dollar borcu olduğu bildirilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]