“PAKİSTAN ATOM BOMBASININ ATASI” İNFARKT KEÇİRMİŞDİR
Pakistanın atom proqramı 1970-ci illərin ortalarında, Hindistanda nüvə sınağından sonra həyata keçirilməyə başlanmışdır. Fevralın əvvəllərində Əbdül Qədir Xan telemüsahibəsində etiraf etmişdir ki, uranın saflaşdırılması texnologiyalarını və digər nüvə sirlərini bir sıra xarici ölkələrə vermişdir. Alim ifşa olunduqdan sonra istintaqa kömək etməyə və hakimiyyət orqanları ilə əməkdaşlığa razılıq vermiş, elə buna görə də ölkə Prezidenti Pərviz Müşərrəf tərəfindən əfv edilmişdir.