PAKİSTAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ASİF ƏLİ ZƏRDARİYƏ
Hörmətli cənab Prezident,
Pakistan İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Biz Azərbaycan-Pakistan münasibətlərinə böyük əhəmiyyət veririk. Ümidvaram ki, dost ölkələrimiz və xalqlarımız arasında əlaqələrin hərtərəfli inkişafı sahəsində səylərimizi, istər birbaşa qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Pakistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 8 sentyabr 2008-ci il.