Pakistanın neft tankeri Hörmüz boğazından keçib
Bakı, 17 aprel, AZƏRTAC
Pakistanın “Şalamar” neft tankeri ABŞ blokadasının başlamasından bəri ilk dəfə Hörmüz boğazından keçib.
AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyinin bu gün yaydığı məlumata görə, "Şalamar" cümə axşamı günü İranın Larak adasının cənubundan keçərək Birləşmiş Ərəb Əmirliklərindəki Das adasında yüklənmiş təxminən 450 min barel neftlə Oman körfəzinə daxil olub. Agentlik qeyd edir ki, Pakistan bayrağı altında üzən tanker Körfəzə həftəsonu girib və ABŞ-nin blokadası başlayandan bəri Hörmüz boğazından neft yükü ilə keçən ilk gəmi olub.
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan etibarən Hörmüz boğazı faktiki olaraq İran tərəfindən bloklanmışdı. Müharibədən əvvəl boğazdan gündə təxminən 135 gəmi keçirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [22:09]
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
- 03.06.2026 [21:06]
Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]