İDMAN
“Paris-2024”: Azərbaycan güləşçisi inamlı qələbə ilə 1/4 finala yüksəlib VİDEO
Paris, 7 avqust, Elnur Salahov, AZƏRTAC
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
AZƏRTAC xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı ilk görüşündə misirli Mohamed Elsayed ilə qarşılaşıb. Rəqibinə 9:0 hesabı ilə qalib gələn H.Cəfərov 1/4 finala vəsiqə qazanıb.
Digər yunan-Roma güləşçimiz Rafiq Hüseynov (92 kiloqram) isə 1/8 finalda macarıstanlı David Loşontsini sınağa çəkəcək.
Bu gün, həmçinin Sənan Süleymanov bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2024 [17:08]
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
- 07.09.2024 [16:41]
Azərbaycan V Dünya Köçəri Oyunlarında 54 idmançı ilə təmsil olunacaq
- 07.09.2024 [15:57]
Azərbaycan cüdoçusu Avropa çempionatında finala yüksəlib
- 07.09.2024 [14:19]
Azərbaycan Basketbol Liqasında Qubanı təmsil edən komanda olacaq
- 07.09.2024 [13:24]
Azərbaycanın daha bir idmançısı Paralimpiya çempionu olub
- 07.09.2024 [13:14]
“Paris-2024”: Azərbaycan paracüdoçuları bürünc medal uğrunda yarışacaqlar
- 07.09.2024 [12:56]
“Paris-2024”: Azərbaycan paraüzgüçüsü finala vəsiqə qazanıb
- 07.09.2024 [12:27]
Paris-2024: Lamiyə Vəliyeva gümüş medal qazanıb
Sabahın hava proqnozu açıqlanıb
- [12:00]
Naxçıvanda ilk dəfə “Sığorta Festivalı” keçirilib
- 06.09.2024 [23:46]