Parisdə 20 Yanvar faciəsini 22-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir
Paris, 21 yanvar (AZƏRTAC). Azərbaycanın Fransadakı səfirliyi xalqımızın tarixinin qanlı səhifələrindən olan Qara Yanvar faciəsinin 22-ci ildönmümü ilə bağlı Parisdə anma mərasimi keçirmişdir.
Mərasim Parisin yaxınlığındakı Sən Klu qəbristanlığlnda uyuyan Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Tobçubaşovun və həmin dövrdə nəşr olunan “Azərbaycan” qəzetinin redaktoru Ceyhun Hacıbəylinin qəbirlərini ziyarətlə başlamışdır. Ə.Tobçubaşavun və C.Hacıbəylinin qəbrləri önünə səfirlik adından əklil qoyulmuş, 20 Yanvar faciəsi zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfir Elçin Əmirbəyov çıxış edərək demişdir ki, 1990—cı il 20 yanvar qətliamı Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Düz 22 il əvvəl doğma Vətənimizin, xalqımızn azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Azərbaycan övladlarının müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarını, şəhidlərin xatirəsinin əziz tutulduğunu diqqətə çəkmişdir.
E.Əmirbəyov 20 Yanvar gecəsi sovet imperiyasının öz vətəndaşlarına qarşı misli görünməmiş vəhşilik törətdiyini, azadlığı və müstəqilliyi naminə küçələrə çıxmış silahsız və dinc əhaliyə qarşı müasir silahlar işlətdiklərini, bu vəhşiliyə fərman vermiş M.Qarbaçovun və digər sovet rəhbərlərinin əllərinin yzlərlə günahsız insanın qanına batdığını bildirmişdir.
Səfir demişdir ki, həmin dövrdə Mockvada yaşayan ümummilli liderimiz Heydər Əliyev faciənin səhərisi günü Azərbaycan nümayəndəliyinə gələrək Qanlı Yanvar qırğınını törədənlərin əməllərini pisləyən kəskin bəyənatla çıxış etmiş, xalqımızın başına gətirilən müsibətləri dünya ictimaiyyətinə çatdırdığını xüsusi vurğulamışdır.
Səfirliyin və ölkəmizin UNESKO yanındakı daimi nümayəndəliyi əməkdaşlarının, diaspor təmsilçilərini və tələbələrimizin iştirak etdiyi mərasimin sonunda səfirlikdə şəhidlərin xatirəsinə ehsan süfrəsi açılmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris