Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində xalq mahnılarımız ifa olunub
Paris, 25 mart, AZƏRTAC
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Fransadakı səfirliyinin və Azərbaycan Evinin dəstəyi ilə Sank-Peterburq Mariinski Opera Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı, bakılı Timur Abdikeyevin konserti olub.
Fransanın Bastiliya və İsveçin Kral Operasında, Madrid “Real Teatrı”nda, Moskva “Bolşoy Teatrı”nda, Vaşinqton Kennedi Mərkəzində və “Karnegi holl” zalında 60-dan çox rol ifa etmiş T. Abdikeyev İngiltrə, ABŞ, Fransa, Yaponiya, İtaliya, Almaniya, Çexiya Respublikası və Türkiyədə konsertlər verib.
Azərbaycan Mədəniyyət Mərkəzindəki konsertində müğənninin ifa etdiyi “Sarı gəlin”, “Bazarda alma” kimi xalq mahnıları tamaşaçılar tərəfindən xüsusi alqışlarla qarşılanıb.
Konsertdən sonra Azırbaycan Evinin təşkil etdiyi bayram süfrəsinə dəvət olunan iştirakçılara Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov xalqımızın əziz bayrmı olan, mədəniyyətlərarası dialoqu və qarşılıqlı anlaşmanı təşviq edən Novruz, onun adət-ənənələri haqqında məlumat verib.
Qeyd olunub ki, 2010-cu il fevralın 23-də BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [13:35]
Yaşar Zeynalov: Attestasiya 9 region üzrə mərhələli şəkildə keçiriləcək
- 05.02.2026 [12:47]
Ekspert Şurasının növbəti iclası keçirilib
- 05.02.2026 [12:20]
Mərcan gözlü Batabatın qış nağılı VİDEO
- 05.02.2026 [12:00]