Azərbaycan Dövlət İnformasiya Agentliyi

Folklor İnstitutunda Laslo Krasnahorkai yaradıcılığına dair elmi seminar keçirilib

Bakı, 5 fevral, AZƏRTAC

AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin “Nobel mükafatı laureatı Laslo Krasnahorkainin yaradıcılığında folklorik diskurs” mövzusuna həsr olunmuş elmi seminarı keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib.

Tədbiri açan Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev bildirib ki, AMEA Rəyasət Heyətinin 2025-ci il 17 dekabr tarixli müvafiq qərarına əsasən, 2025-ci ilin Nobel mükafatı laureatlarının yaradıcılığının elmi müəssisələrin profillərinə uyğun şəkildə müzakirə olunması tövsiyə edilib. Bu qərarı rəhbər tutaraq, ötən ilin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Laslo Krasnahorkainin yaradıcılığına folklorşünaslıq aspektindən yanaşmanı nəzərdə tutan elmi seminarın keçirilməsi məqsədəuyğun hesab olunub.

İnstitutun direktoru diqqətə çatdırıb ki, Nobel mükafatına layiq görülmüş Laslo Krasnahorkainin yaradıcılığına folklorşünaslıq aspektindən yanaşma folklor və yazılı ədəbiyyat münasibətlərinin ənənəvi tədqiqat modellərindən kənara çıxaraq yeni nəzəri müstəvidə dərk olunmasını zəruri edir. Onun sözlərinə görə, ümumilikdə bu münasibətlər ənənəvi olaraq yalnız genetik və tipoloji paralellər kontekstində deyil, yaradıcılığın mahiyyətindən qaynaqlanan şifahi və yazılı mədəniyyətin stixial qarşılıqlı əlaqələri fonunda təhlil olunmalıdır.

Hikmət Quliyev qeyd edib ki, yazılı mədəniyyətin dərin strukturunda şifahi düşüncə formalarının dayandığını nəzərə alan bu yanaşma Valter Onqun şifahi və yazılı mədəniyyətlə bağlı konsepsiyaları ilə səsləşir. Xüsusilə Onqun “yazının texnolojiləşməsi” və “ikinci şifahi mədəniyyət” anlayışları göstərir ki, yazı heç vaxt şifahi təbiəti ilə əlaqəsini tam şəkildə qoparmır, əksinə, çox zaman şifahi düşüncə modellərinin transformasiya olunmuş forması kimi meydana çıxır.

Direktor çıxışında Alan Dundesin folkloru kollektiv düşüncənin, qeyri-şüuri metaforaların və simvolik təxəyyül mexanizmlərinin ifadəsi kimi dəyərləndirən nəzəri yanaşmasına da istinad edib. O bildirib ki, yazılı ədəbiyyat fərdi və şüurlu yaradıcılıq aktı olsa da, bu yaradıcılıq sosial reallıq, kollektiv qorxular, psixoloji arzu və ehtiyaclarla bağlı fantaziyalardan qidalanır. Bu mənada folklor qeyri-şüuri düşüncə qatını, yazılı ədəbiyyat isə həmin qatın estetik və ideoloji baxımdan şüurlu bədii formaya salınmasını təmin edir.

Bu nəzəri yanaşmalardan çıxış edən Hikmət Quliyev vurğulayıb ki, Laslo Krasnahorkainin “Şeytan tanqosu”, “Müqavimətin melanxoliyası” kimi əsərlərində folklordan qaynaqlanan apokaliptik təsəvvürlər, qiyamət mifizmi, xilaskar obrazı və kollektiv gözlənti mexanizmləri müasir yazılı ədəbiyyatın poetik imkanları daxilində bədii şəkildə təcəssüm etdirilib. Yazıçının apokaliptik dünyagörüşü təkcə fərdi ekzistensial böhran kimi deyil, kollektiv düşüncənin dərin qatlarından gələn folklorik və mifoloji fantaziyaların modern bədii transformasiyası kimi anlaşılmalıdır.

Alim qeyd edib ki, seminarın əsas məqsədi Laslo Krasnahorkainin yaradıcılığını folklor motivlərinin sadə istifadəsi prizmasından deyil, folklorun dünya dərketmə modeli kimi yazılı ədəbiyyatda necə yaşadığını və yeni formalarda necə davam etdiyini ortaya qoymaqdır. Bu yanaşma folklorşünaslıqla ədəbiyyatşünaslıq arasında yeni metodoloji dialoq imkanları açmaqla yanaşı, müasir ədəbiyyatın arxaik və mifoloji təməllərinin daha dərindən anlaşılmasına xidmət edir.

Daha sonra Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri filologiya elmləri doktoru Leyla Məmmədova “Laslo Krasnahorkainin “Şeytan Tanqosu” romanında xalq təfəkkürünün bədii əksi" mövzusunda məruzə edib. O, yazıçının apokaliptik, absurd və ekzistensial motivlərlə zəngin yaradıcılığında müasir Avropa ənənələrinin təsirinin güclü olduğunu qeyd edib. Məruzəçi, həmçinin Krasnahorkainin əsərlərində magik realizmin əhəmiyyətli yer tutduğunu vurğulayaraq, “Şeytan tanqosu” romanının təbiət təsvirləri ilə başladığını, burada xoruz toteminin günəşin salamlama rəmzi kimi təfsir edildiyini diqqətə çatdırıb. Xoruzun səhər tezdən banlaması, qədim xalqlarda həyat və dirilik simvolu kimi qəbul edildiyindən, əsərin əsas motivləri ilə əlaqəlidir.

Leyla Məmmədova, həmçinin qeyd edib ki, “Şeytan tanqosu” romanında yuxu motivi bədii mətnə ustalıqla daxil edilib və bu, süjetin hərəkətliliyini artırır. Yazıçının personajları öz sosial vəziyyətlərinə uyğun danışır, bu da onların dilində dualar, qarğışlar və söyüşlərə yer verir. “Laslo Krasnahorkainin özəlliklərindən biri də personajları öz sosial vəziyyətlərinə uyğun danışdırmasıdır. Obrazların dilində ən çox dualar, qarğışlar, söyüşlər yer alır. Diqqət çəkən məqamlardan biri isə ən çox İrimiasın dilindən deyilən müdrik sözlərdir. Bu xüsusiyyət müəllifin xalq ədəbiyyatına bələdliyi ilə yanaşı, həm də güclü psixoloq olduğuna dəlalət edir. Oxucuya həyatın reallıqlarını müraciət etdiyi müdrik kəlamlarla çatdırır”, – deyə məruzəçi vurğulayıb.

Daha sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnar Osmanovanın “Laslo Krasnahorkai yaradıcılığında zaman, məkan və subyekt problemi” mövzusunda məruzəsi dinlənilib. Məruzədə qeyd edilib ki, Krasnahorkainin yaradıcılığında zaman xətti inkişaf prinsipi ilə deyil, xüsusilə “Şeytan tanqosu” romanında olduğu kimi, tanqo ritmini xatırladan irəli-geri hərəkət modeli ilə qurulur. Bu struktur zamanın irəliləməsini deyil, təkrarlanmasını ön plana çıxarır və hadisələr dəyişməyərək eyni vəziyyətin müxtəlif variantlarını yaradır. Yazıçı zaman anlayışını apokaliptik gözləmə, mifoloji dövrilik və subyektiv şüur vəziyyəti kimi təqdim edir.

Gülnar Osmanova əlavə edib ki, Krasnahorkainin nəsrində məkan, klassik mənada hadisələrin cərəyan etdiyi fon funksiyasını daşımır. Əksinə, məkan, yazıçının fəlsəfi baxışlarını və tarixi pessimizmini ifadə edən əsas struktur elementlərindən birinə çevrilir. Onun məkan modeli, həm sosial, həm də metafizik tənəzzülü əks etdirən simvolik bir sistem olaraq, adətən qapalı və nizamsız xarakter daşıyır. Subyekt problemi isə Krasnahorkai nəsrində mifoloji obrazlar vasitəsilə estetikləşdirilir və fərdi şüurun iflası, müasir insanın varoluş böhranının əsas göstəricisi kimi təqdim olunur.

Elmi sessiyanın növbəti məruzəsini filologiya üzrə fəlsəfə doktoru Vüsalə Nəsibova “Laslo Krasnahorkai yaradıcılığında mifoloji düşüncə və xilaskar obrazı” mövzusunda təqdim edib. Məruzəçi qeyd edib ki, Krasnahorkainin yaradıcılığında mifoloji düşüncə elementləri mətn daxilində birbaşa göstərilməkdənsə, daha çox mifoloji təfəkkürün modelləşdirilməsi şəklində əks olunur. “Şeytan tanqosu” əsərində İrimias obrazı “xilaskar” kimi qəbul edilir və ümidsiz camaatın ona kor-koranə inanması, folklordakı “qurtarıcı qəhrəman” motivinin modern bədii transformasiyası kimi şərh oluna bilər. İrimias adi bir adam kimi görünmür, o, “ölüb-dirilmə” motivi ilə gəlir və qaranlıq mühitə “ümid” gətirən bir fiqur olaraq təsvir olunur. Bu obraz, mifologiyada və dindəki Məsih (xilaskar) obrazına bənzəyir.

Vüsalə Nəsibova, həmçinin əsərdə Petrina obrazının İrimiasın yanında gələn "xilaskarın köməkçisi" olduğunu və folklordakı “şagird”, “köməkçi”, “kölgə” və “Lələ” obrazları ilə paralellər təşkil etdiyini vurğulayıb. Məruzəçi qeyd edib ki, əsərin əsas obrazlarından biri olan Futaki səhər oyananda zəng səsləri eşidir, amma bu səslərin haradan gəldiyini başa düşmür. Bu isə onun içində qorxu və narahatlıq yaradır. “Zəng səsləri qiyamətin xəbərçisi, kənd və ferma mühiti isə "cəhənnəm" arxetipini simvollaşdırır”, – deyə Vüsalə Nəsibova vurğulayıb.

Elmi seminarda məruzələr dinlənildikdən sonra çıxışlara yer verilib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəbnəm Məmmədova “Laslo Krasnahorkai: əsərləri, onların aparıcı mövzuları” mövzusunda çıxış edərək yazıçının yaradıcılığının əsas mövzularını analiz edib. O, qeyd edib ki, Laslo Krasnahorkai üçün dünya hər zaman xaotik, dağılan və çıxılmaz bir məkan kimi görünür. İnsan bu mühitdə mənanı, xilas yolunu və ümidə aparan işığı axtarır, lakin bu axtarışlar çox vaxt uğursuz olur və nəticədə oxucu dünyanı məğlubedilməz və mənasız quruluşu ilə üzləşdirməyi hədəfləyir.

Daha sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva “Laslo Krasnahorkainin “Həyat davam edir” hekayəsində müasir insanın daxili monoloqu: varlıq duyumu Azərbaycan folkloru kontekstində” mövzusunda çıxış edərək bildirib ki, bu hekayə Krasnahorkainin yaradıcılığına xas olan bir ideyanı ön plana çıxarır: zəlzələlər, fəlakətlər, dağıntılar, ölümlər baş versə də, həyat öz axarı ilə davam edir. O, bu fikrin folklor dünyagörüşünün əsas sütunlarından biri olduğunu vurğulayıb, çünki “Həyat davam edir” ideyası və folklor düşüncə modeli burada insan faciəsini mərkəzə çəkmir, əksinə, onu əhəmiyyətsizləşdirərək həyatın davamlılığı fonunda göstərir. Bu yanaşma, xalq miflərində tez-tez rast gəlinən “insan fanidir, dünya qalıcıdır” düşüncəsi ilə uyğunluq təşkil edir.

Filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayeva “Apokaliptik məzmun folklorumuzda və “Şeytan tanqosu” əsərində” mövzusunda çıxış edərək Azərbaycan folklorundakı zaman anlayışını və Krasnahorkainin “Şeytan Tanqosu” romanındakı apokaliptik təsvirləri müqayisə edib. O vurğulayıb ki, folklor mətnlərində apokaliptik vəziyyət müvəqqətidir və dünya dağılsa da, yenidən qurulur. Lakin “Şeytan tanqosu” əsərində apokalipsis daimi bir haldır, dünya artıq dağılmış vəziyyətdədir və bu daimi fəlakət mövcudluğun təməlini təşkil edir.

Elmi işçi Gülnar İsmayılova “Laslo Krasnahorkai yaradıcılığında apokaliptik dövran problemi” mövzusunda çıxış edərək vurğulayıb ki, Krasnahorkainin yaradıcılığında apokaliptik dövran müəyyən bir son nöqtəyə aparmır, əksinə, məhv olma prosesini davam edən, uzanan və yekunsuz bir hal kimi təqdim edir.

Sonda Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova və institutun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov çıxış edərək elmi sessiyanın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar. Onlar seminarın aktual mövzuya həsr edildiyini, məruzə və müzakirələrin elmi səviyyədə aparıldığını qeyd edərək, bu cür tədbirlərin institutda elmi mühitin canlanmasına, şöbələrarası əməkdaşlığın güclənməsinə mühüm töhfə verdiyini bildiriblər. Afaq Ramazanova və Elçin Abbasov seminarın təşkili və keçirilməsində göstərilən əməyə görə Folklor və yazılı ədəbiyyat şöbəsinin əməkdaşlarına öz dərin təşəkkürlərini ifadə ediblər.

Gənc doktorant Əzimli Amil isə seminarın onun elmi baxışlarının formalaşmasına və tədqiqat istiqamətinin genişlənməsinə müsbət təsir göstərdiyini qeyd edərək, yazılı ədəbiyyatın folklorşünaslıq aspektindən təhlilinin gənc tədqiqatçılar üçün yeni elmi perspektivlər açdığını vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub