BDU-da Çin Yaz Festivalı keçirilib
Bakı, 5 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Yaz Festivalı təşkil olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbiri açan BDU-nun prorektoru Şahin Pənahov Çin ilə Azərbaycan arasında son illərdə daha da möhkəmlənən münasibətlərdən, həmçinin BDU ilə Çinin ali təhsil müəssisələri arasındakı əməkdaşlıq əlaqələrindən bəhs edib. Prorektor universitetdə təhsil alan çinli tələbələrin sayı və təhsil göstəriciləri barədə də ətraflı məlumat verib.
Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao festivalın Çin xalqının ən mühüm milli bayramlarından biri olduğunu vurğulayıb. Bu bayramın Çin mədəniyyətinin əsas və ayrılmaz komponentlərindən hesab edildiyini bildirib. O, tədbirin yüksək səviyyədə təşkili üçün BDU rəhbərliyinə və Konfutsi İnstitutuna minnətdarlığını bildirib.
Tədbir Konfutsi İnstitutunun və BDU-nun Şərqşünaslıq fakültəsinin müəllim və tələbələrinin fəal iştirakı ilə hazırlanmış bədii proqramla davam edib. Festival çərçivəsində Çin milli musiqi və rəqs nümunələri təqdim olunub, eləcə də iştirakçılar üçün şans lotereyası təşkil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [11:49]
“Rəqəmsal məktəb” platforması: Müəllim fəaliyyətinə dair valideyn rəyi
- 05.02.2026 [11:19]
Azərbaycan Universiteti yaz semestrində iki elmi konfrans keçirəcək
- 05.02.2026 [11:11]
BMU Pekin Kimya Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirir
- 05.02.2026 [10:33]
TKT imtahanına qeydiyyat aparılır
- 05.02.2026 [10:19]