Xəzər və Qaradağ rayonlarında oğurluq edən şəxslər saxlanılıblar
Bakı, 5 fevral, AZƏRTAC
Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən anbarların birindən elektrik naqilləri oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı C.Mütəllimzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, o, bir müddət əvvəl həmin anbarda çalışdığı üçün əraziyə yaxından bələd olub. Oğurluğu törətdikdən sonra isə naqilləri yandıraraq əlvan metal qəbulu məntəqələrinə satıb.
Qaradağ rayonunda isə marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən 38 yaşlı B.Qasımov polis tərəfindən saxlanılıb.
Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]
Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir
- 01.10.2026 [12:39]
Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb
- 01.10.2026 [12:13]